Accessibility links

Şimali və Cənubi Koreyalar arasında danışıqlar  başa çatıb


Şimali və Cənubi Koreyalar gələcəkdə əməkdaşlıq vədləri ilə yüksək səviyyəli danışıqlarına yekun vurublar. Lakin danışıqlar zamanı Şimali Koreyanın Cənub vətəndaşlarının oğurlaması və nüvə proqramı kimi əsas məsələlərdə heç bir irəliləyiş əldə edilməyib.

Pxenyanda dörd gün sürən danışıqlar Şimali Koreyanın nüvə proqramı ilə əlaqədar yenidən danışıqlara qayıdacağı razılığı ilə bu gün başa çatdı. Hər iki Koreyanın yekun bəyənatında nüvə məsələsinin sülh yolu ilə həllinə söz verildiyi deyilir. Qeyd edək ki, Pxenyan Vaşınqtonun Şimali Koreyaya qarşı maliyyə sanksiyalarına son qoymayınca Cənubi Koreya, Çin, Yaponiya, Rusiya və Birləşmiş Ştatlarla danışıqları bərpa etməyəcəyini bildirir.

Cənubi Koreyanın rəsmilərinin dediyinə görə Şimal 1950-ci illər Koreya müharibəsi zamanı əsir götürülən 500-dən çox vətəndaşını həbsdə saxlayır. Seul isə Pxenyanı 400-dən çox şimallını oğurlamaqda günahlandırır və onlardan çoxunun hələ də sağ olduğunu deyir.

XS
SM
MD
LG