Accessibility links

Prezident Buşa yanacaq qiymətləri ilə bağlı təzyiqlər göstərilir


Prezident Buş Amerikanın neftdən asılılığına son qoyulması məqsədi ilə irəli sürülən təkliflərdən danışıb. Qeyd edək ki, ABŞ prezidenti yanacaq qiymətlərinin azaldılması ilə bağlı ictimai təzyiqlər altındadır.

Bu gün Vaşinqton çıxışı zamanı prezident sürücüləri yanacağa qənaət edən hibrit avtomobillər almağa çağırıb. Prezident bundan əlavə Konqresi enerji şirkətlərinin vergi ixtisarına səsləyib. ABŞ prezidenti Corc Buş deyib ki, Arttik Milli qoruq da daxil edilməklə, Birləşmiş Ştatlarda neftin istismarının vacibliyini vurğulamışdır. ABŞ prezidenti bildirib ki, Amerika gələn bir neçə ay ərzində strateji neft ehtiyatlarına depozitlər etməyəcək. Bu isə neft bazarlarında neft miqdarının artmasına yardım edəcək.

XS
SM
MD
LG