Accessibility links

Misrin Sinay yarımadasında bomba hücumları olub


Misrin Sinay yarımadasında iki intiharçının bomba hücumu həyata keçirdiyi, Nil çayının Deltası hövzəsində isə üçüncü bir hücumun həyata keçirildiyi xəbər verilir. Bu hücumlar Sinay yarımadasının kurort şəhərində 18 adamın ölümü ilə nəticələnmiş hüucmlardan iki gün sonraya təsadüf edir.

Bu gün əl-Ərişdə həyata keçirilən hücumun hədəfi beynəlxalq sülhümühafizə qüvvələri, habelə Misrin polis patrulunu daşıyan maşın olmuşdur. İsrail və Misir arasında sərhəddə nəzarət edən sülhümühafizə qüvvələrinin mətbuat katibi tələfatın olmadığını bildirib. Üçüncü hücumun detalları ilə bağlı məlumat azdır. Polis silahlı şəxslərin Nil çayının Deltası hövzəsində atəş açdıqlarını bildirib. Misir rəsmiləri bu məlumatı təkzib ediblər.

XS
SM
MD
LG