Accessibility links

BMT-nin İrana qarşı hesabatındakı faktların mübahisələr doğuracağı gözlənilir


Beynəlxalq Atom Enerjisi Agentliyi İranın uranın zənginləşdirilməsinin dayandırılması tələbini qarşılamadığına dair hesabat açıqlamalıdır. Amerikanın Səsinin müxbiri Peter Heinlein BMT-nin baş qərərgahından bildirir ki, hesabatda irəli sürürlən faktların Təhlükəsizlik Şurasında qızğın mübahisələrə səbəb olacağı gözlənilir.

Birləşmiş Ştatlar rəsmiləri artıq bildirmişlər ki, BMT Xartiyasının Yeddinci maddəsinə əsasən İranın uranın zənginləşdirilməsi proqramını dayandırması tələbi ilə qətnamə qəbul edilməsini istəyəcək. Qeyd edək ki, 7-ci Maddə üzrə qətnamə Tehranın cəzalandırılmasına yol açacaq və gələcək hərbi əməliyyatlara açıq qapı olacaq.

Birləşmiş Ştatların BMT-dəki səfiri Con Bolton bu ölçülərin artıq həyata keçirildiyini bildirib. Lakin Təhlükəszlik Şurasının ölçülərə tez bir zamanda əl atacağı ehtimalı azdır. Belə ki, Şuranın veto hüquuqna malik olan iki qüdrətli üzvü, sanksiyaların əleyhinə olan Çin və Rusiya İranın nüvə məsələsidə bir qədər təmkin nümayiş etdirməyə çağırır. Bu ay Təhlükəsizlik Şurasının prezidentliyini icra edən Çinin BMT-dəki səfiri Vanq Quanqya Pekinin İran məsələsi ilə əlaqədar Atom Enerjisi Agentliyinin aparıcı rol oynamasını istədiyini bildirib.

İranın BMT-dəki səfiri Cavad Zərif isə onun hökumətinin uranın zənginləşdirilməsini dayandırmaq məsələsi ilə əlaqədar Təhlükəsizlik Şurasının heç bir tələbi ilə razılaşmayacağını deyib.

Təhlükəsizlik Şurasının diplomatları danışıqları davam etdirmək üçün may ayının 3-də görüşmək niyyətində olduqlarını bildriblər.

XS
SM
MD
LG