ABŞ prezidenti Corc Buş İranın nüvə silahı əldə etmək istəyini təhlükəli adlandıraraq, dünya ictimaiyyətinin bu məsələ ilə bağlı narahtlıqlarının davam etdiyini deyib. Bu gün prezident bir daha qarşıdurmanın sülh yolu ilə həllinin tərəfdarı oldğunu bildirib. Prezident deyib ki, bütün maraqlı tərəflərin sülh yolu ilə qarşıdurmanı həll edəcəyinə ümid bəsləyir. ABŞ prezidenti Corc Buş İran məsələsinin Almaniya kansleri Angela Merkellə bu gün səhər telefonla müzakirə etdiyini deyib.