Əfganıstanın paytaxtı Kabildə hərbi patrula qarşı hücum nəticəsində dinc əhali arasında ölənlər olub. Son bir neçə gün ərzində Əfganıstanda bu kimi hücumların sayı xeyli artıb. Hüçumu həyata keçirən intiharçı maşınını yolun kənarında saxlamışdı. Kanadalı əsgərlərdən ibarət hərbi patrul Kabildən Amerika qoşunlarının yerləşdiyi Bəgram hərbi bazasına gedən zaman intiharçı maşınını partlatmışdır. Rəsmilərin verdiyi məlumata qörə, partlayış nəticəsində intiharçı və 1 əfgan həlak olmuşdur. Kanadalı əsgərlər arasında yaralanan olmamışdır. Bu hücum son vaxt baş vermiş silsilə hücumlar arasında sonuncu idi. Rəsmilərin verdiyi məlumata qörə, son 2 gün ərzində 5, son 2 ay ərzində isə 20-dən artıq hücum həyata keçirilib.