Accessibility links

İraq parlamentinin sessiysı zorakılıqlarla müşayiət olunur


İraqın Fəllucə şəhərində intiharçının polis qüvvələrinə çağırış məntəqəsində həyata keçirdiyi hücum nəticəsində azı 15 nəfərin həlak olduğunu xəbər verilir. Rəsmilərin bildirdiyinə görə, hücumçu özünü məntəqənin qarşısında toplaşmış insanların arasında partladıb. Azı 20 nəfər ağır yaralanıb.

Bağdadda rəsmilər dünən tapılmış 20 cəsəddən başqa, güllə ilə vurulub öldürülmüş insan cəsədi aşkar edib. Bu zorakılıqlar İraq parlamentinin sessiya keçirdiyi vaxta təsadüf edib.

Qanunvericilər nazirlər kabineti təsidiq edilənə qədər konstitusiyaya dəyişiklikləri nəzərdən keçirəcək komitənin təşkilini təxirə salıblar. Baş nazir təyin edilmiş Nuri əl-Maliki kabineti may ayının 21-ə qədər təsdiq etməlidir.

XS
SM
MD
LG