Accessibility links

Gülbəddin Hikmətiyar Ben Ladenə sadiq olacağına and içib


Təhlükəsizlik ekspertləri Əfqanıstanın bir neçə bölgəsində yaraqlıların hökumətə qarşı hücumlarının artacağı barədə xəbərdarlıq ediblər. Əfqanıstanın şərqində nümayiş etdirilən yeni video lentdə yaraqlıların axtarışda olan başçılarından Əl Qaida lideri Osama bin Ladeni dəstəklədiyini bildirmiş və ordusunu Birləşmiş Ştatların koalisiya qüvvələrinə qarşı vuruşmağa çağırmışıdır.

Əl Cəzirə televiziyası ilə nümayiş etditilən video lentdə Əfqanıstan üsyançılarının başçısı Gülbəddin Hikmətiyar Əl Qaida ilə birləşməyə və onun dediyi kimi, “allahsiz” qərblə mübarizə aparmağa hazır olduğunu deyib. O, terrorist Osama Bin Ladenə sədaqətli olduğuna and içmiş və İslam qruplarını demokratik hökumət yaratmağa çalışan Birləşmiş Ştatların koalisiya qüvvələrini Əfqanıstandan qovmaq üçün köməyə çağırmışdır.

Xatırladaq ki, Gülbəddin Hikmətiyar 1990-cı illərədə iki dəfə Əfqanıstanın baş naziri vəzifəsində olmuşdur. O, hələ də 1980-ci illərdə Sovet İttifaqı hərbi qüvvələrinin Əfqanıstandan çıxmasında rolu olan Hizb-e İslami militant partiyasının başçısıdır.

Birləşmiş Ştatlar rəsmiləri Əfqanıstanın şərq vilayətlərində böyük nüfuza malik olan Gülbəddin Hikmətiyarı ən qorxulu terrorist kimi qələmə verirlər. Təhlükəsizlik ekspertləri cümə axşamı nümayiş etdirilən video lentdə Hikmətiyarın şərq bölgələrindəki Taliban yaraqlıları ilə yeni əməkdaşlığı barədəki mesajının təhlükəli siqnal olduğunu deyirlər.

Pakistandakı Beynəlxalq Böhran Qrupunun təhlilçisi Səminə Əhməd deyir ki, bu ittifaq NATO əməlyyatlarının regionda genişləndiyi vaxta təsadüf edir. Vaşınqton Əfqanıstandakı 19 000 hərbiçisini bu ilin axırında 16 000-ə qədər endirməyi planlaşdırır. Bundan fərqli olaraq isə NATO sülhməramlı qüvvələrini 10 minə qaldırmaq fikrindədir. Lakin təhlükəsizlik qüvvələrinə yardım edən sülhməramlı qüvvələrin terroristləri izləməyəcəkləri və onlara qarşı hansısa əməliyyatlar keçirməyəcəkləri bildirilir.

Təhlilçi Saminə Əhmədin fikrincə Hikmətiyarın video kasetdəki mesajı həmin bu narahatçılıqlara ünvanlanıb. Lakin Birləşmiş Ştatların hərbi liderləri bu video kasetə əhəmiyyət vermədiklərini və bunun təbliğat mahiyyəti daşıdığını deyirlər.

XS
SM
MD
LG