Accessibility links

Demokratlar yanacaq qiymətlərinin süni qaldırılmasını federal cinayət adlandırırlar


Müxalif Demokrat Partiyasına mənsub senator deyir ki, Konqres ABŞ neft şirkətləri tərəfindən yanacaq qiymətlərini süni şəkildə qaldırmağı federal cinayət elan edəcək qanun qəbul etməlidir.

Demokratların həftəlik radio müraciətində vaşinqtonlu senator Maria Kantvel deyib ki, Konqres mayın sonunadək bu qanunu qəbul etməlidir. O deyib ki, benzin qiymətləri son bir ildə 70 sent artıb və bu bir çox amerikalı ailələrin rifahına pis təsir göstərir. Senator həmçinin iri neft şirkətlərinə təqdim olunan vergi imtiyazlarını ləğv etməyə və alternativ yanacaq mənbələrinə investisiya etməyə çağırıb.

XS
SM
MD
LG