Accessibility links

Rusiya ABŞ vitse-prezidentinin dediklərini rədd edib


Rusiya xarici işlər nazirliyi ABŞ vitse-prezidentinin Moskvanın Şərqi Avropada demokratiyanın inkişafına müqavimət göstərməsi haqda dediklərini rədd edib. Nazirliyin İnternet səhifəsində qoyulan bəyanatda xarici işlər naziri Sergey Lavrov Dik Çeyninin məlumatsız olduğunu bildirərək Moskvanın neft və qaz təchizatından şantaj aləti kimi istifadə etmədiyini deyib. Lavrov bildirib ki, Rusiya son 40 ildə beynəlxalq təchizat müqaviləsini pozmayıb.

İki gün öncə Litva paytaxtı Vilnyüsdə çıxış edən cənab Çeyni doqquz sabiq kommunist ölkəsinin rəhbərləri qarşısında çıxış edərək bildirmişdi ki, Rusiya öz vətəndaşlarının hüquqlarını ədalətsizcəsinə pozur.

XS
SM
MD
LG