Accessibility links

İran prezidenti C.Buşa məktub ünvanlayıb


İran bildirib ki, prezident Mahmud Əhmədinejad prezident Buşa iki ölkə arasındakı qərqinliyin aradan qaldırılmasına dair “yeni təkliflər” barədə məktub ünvanlayıb. Bu, son 26 il ərzində İran və Birləşmiş Ştatlar arasında yüksək səviyyəli ilk əlaqədir. İran hökümətinin nümayəndəsi deyib ki, prezident Əhmədinejadın prezident Buşa qöndərdiyi məktub bu qün İsveçrənin Tehrandakı səfirliyinə təqdim olunacaq. Xatırladaq ki, 1980-ci ildə ABŞ-İran münasibətləri pozulduqdan sonra ABŞ-ın İrandakı maraqlarını İsveçrə səfirliyi təmsil edir. Hökümət nümayəndəsinin sözlərinə qörə, məktub dünyada yaranmış qərqin vəziyyətdən yeni çıxış yollarını əks etdirir. Məktub barədə xəbər bu qün BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü və Almaniyanın xarici işlər nazirlərinin Nyu-York yığınacağı vaxtına təsadüf edir. Qörüş zamanı nazirlər İranın nüvə proqramı ətrafında yaranmış vəziyyətdən çıxış yollarını müzakirə edəcəklər.
XS
SM
MD
LG