Accessibility links

Fələstinin Həmas və Fəth fraksiyaları razılıq əldə ediblər


Fələstinin Həmas və Fəth fraksiyaları öz aralarında baş verən atışmaların dayandırılması haqda razılığa gəliblər. Bu razılıq beynəlxalq donor ölkələrin Fələstin Muxtar İdarəsinə müvəqqəti olaraq yardımlarını davam etdirəcəyini bildirdiyi vaxta təsadüf edir.

Qəzza Zolağında Həmas ilə Fəth tərəfdarları arasında həftələrdən bəri davam edən atışmalar nəticəsində regionda həyat iflic vəziyyətinə düşüb. Partiyaların nümayəndələri bu atışmaların dayandırılması haqda razılıq əldə ediblər. Baş Nazir İsmayıl Həniyəh Qəzzə şəhərində Fəth rəsmiləri ilə danışıqlar apardıqdan sonra müxbirlərə deyib ki, o, bu razılıq vasitəsilə Qəzzada sakitliyin bərpa ediləcəyinə ümid bəsləyir. Razılıq fələstinlilərin vahid cəbhədə olduqlarını nümayiş etdirir. Deyilənə görə onların arasındakı siyasi fikir ayrılığı aradan qaldırılıb. Fəth təşkilatının nümayəndəsi Samir Məşarəvi isə müxbirlərə deyib ki, onun təmsil etdiyi təşkilat gərginliyin azalması yönümündə çalışacağına söz verib.

XS
SM
MD
LG