Accessibility links

Nikolas Sarkozi hökumətdə qalacağını bəyan edib


Fransa daxili işlər naziri Nikolas Sarkozı ölkənin skandalla üzləşən hökumətində qalacağını təkrar bəyan edib. Bundan öncə bir çoxları onun öz diqqətini Fransa prezidentliyinə seçkilərə yönəltmək üçün istefa verəcəyini güman edirdilər. Sarkozı bu gün mühafizəkar Xalq Hərəkatı İttifaqındakı həmkarlarına söyləyib ki, vəzifəni tərk etmək yalnız solçu və radikal partiyalara kömək edə bilər.

Administrasiyaya qarşı irəli sürülən ittihamlara əsasən baş nazir Dominik de Veypen və prezident Jak Şirak rəqibləri Sarkozı üzərində saxta ittihamlarla təhqiqat aparılmasına göstəriş veriblər. Clearstream Qalmaqalı adlanan skandal 2004-cü ildə Sarkozı və başqa rəsmilərin Tayvana 1991-ci də Fransız hərbi gəmiləri satması ilə bağlı meydana çıxan şaiyələrdən qaynaqlanır. Şaiyələrə görə guya cənab Sarkozı gəmi satışından əldə edilən pulun bir hissəsini mənimsəmişdi. Fransız mediası isə bununla de Veypenin növbəti prezident seçkilərində potensial rəqibi Sarkozını sıradan çıxarmağa cəhd göstərdiyini iddia edir.

XS
SM
MD
LG