Accessibility links

Liviya ilə diplomatik münasibətlər bərpa edilir


ABŞ dövlət katibi Kondolizza Rays Liviya ilə notmal diplomatik əlaqələrin bərpa edildiyini və Liviyanın terrorizmi dəstəkləyən ölkələr siyahısından çıxarılacağını bildirib. Dövlət katibinin bəyanatında deyilir ki, Liviyanın terrorizmi qınaması və nüvə silahları proqramından əl çəkməsi Liviyanın tanınması kimi qiymətləndirilir. Dövlət katibinin Yaxın Şərq məsələləri üzrə yardımçısı Deyvid Velş bildirib ki, Amerika Birləşmiş Ştatları yaxın zamanda Tripolidəki nümayəndələyini səfiriliyə çevirəcək. Xatırladaq ki, Amerika son 25 ildə Liviya ilə diplomatik əlaqələrə malik deyildi.
XS
SM
MD
LG