Accessibility links

İraq parlamenti yeni kabinetin təsdiqilə bağlı səsmerməni şənbə günü keçirəcək


İraq qanunvericilərinin bildiriyinə görə, parlament baş nazir vəzifəsinə təyin olunmuş Nuri əl-Məlikinin yeni kabinetinin təsidiqilə bağlı səsvermənin şənbə günü keçirilməsi haqda qərara gəlib. Bu, aylardır sürən siyasi qeyri-sabitliyə son qoyulması kimi qiymətləndirilir. Parlament 2003-cü ildə Səddam Hüseynin hakimiyyətdən devrilməsindən sonra ilk dəfə olaraq İraqın ilk tam səlahiyyətli administrasiyasının vəzifəyə başlamasından öncə Məlikinin təyinatlarını təsdiq etməlidir. Baş nazirin hökumətin təşkili üçün qoyduğu son möhlət bazar ertəsi başa çatır. Birləşmiş Ştatlar İraqın vahid hökumətinin ölkədə təriqət zəminində zorakılıqlar və yaraqlıların hücumlarına son qoyulmasında əsas element olduğunu bildirir.
XS
SM
MD
LG