Accessibility links

Koalisiya qüvvələri Əfqanıstanda 27-yə yaxın taliban yaraqlısını qətlə yetirib


Birləşmiş Ştatların başçılığı ilə koalisiya qüvvələrinin Əfqanıstanda Qəndəhar vilayətində həyata keçirdiyi hərbi əməliyyat nəticəsində 27-yə qədər taliban döyüşçüsü qətlə yetirilib. Hərbi qüvvələrin bəyanatında yeddi döyüşçünün öldürüldüyü təsdiq edilərək, deyilir ki, 15-dən 20-yə qədər şübhəlinin hava hücumu nəticəsində öldüyünə inanılır. Bundan öncə Əfqanıstan və Kanadanın hərbi qüvvələri eyni vilayətdə talibanın başbqa bir qrupunun izinə düşüb. Koalisiyanın nüamyəndəsi Amerikanın Səsinə bildirib ki, 18 militant və bir Kanada əsgəri əməliyyat zamanı həlak olob, 26 militant ələ keçirilib.
XS
SM
MD
LG