Accessibility links

Dünya İqtisadi Forumu Şərm Əl Şeyxdə xüsusi toplantısını keçirir


Misirin Şərm Əl Şeyx şəhərində Dünya İqtisadi Forumunun xüsusi toplantısı başlasa da, siyasi narahatlıqlar və yüzlərlə islahatlar tərəfdarının həbsləri ilə dolu son həftələr bu tədbiri kölqədə qoymuşdur. Toplantının açılışında etdiyi çıxışında Misir prezidenti Hüsnü Mübarək ölkəsinin iqtisadi və siyasi islahatlar yolunda hərəkət etdiyini demiş, son həftələr cərəyan edən qeyri-sabitlik məsələsinə səthi yanaşmışdır.

Xatırladaq ki, son ay ərzində Dünya İqtisadi Forumuna ev sahibliyi edən Misirdə polis islahatlara dəstək verən dinc nümayişlərə dəfələrlə hücum edib, onları dağıtmışdır. Yüzlərlə nümayişçi həbsxanalarda saxlanılır.

Human Rihghts VVatch Təşkilatı Forumda iştirak edən rəhbərlərə və iş adamlarına müraciət edərək bildirmişdir ki, cənab Mübarəkin fikir ayrılığına qarşı təzyiqi potensial investorlara da təsir edə bilər.

İqtisadi məsələlərlə bərabər Forumda siyasi qörüşlər də keçirilir. Bu qün səhər Fələstinin baş naziri Mahmud Abbas İsrailin baş nazirinin müavini Şimon Peres və xarici işlər naziri Tzipi Livin ilə qörüşmüşdür. Bu qörüş militant Həmas qrupunun mart ayından etibarən Fələstin hökumətinə rəhbərliyi əlinə aldığı vaxtdan bəri tərəflər arasında keçirilmiş ən yüksək səviyyli görüşdür.

Qörüşdən sonra mətbuat konfransında çıxış etmiş İsrailin xarici işlər naziri bildirib ki, o, cənab Abbasa İsrailin Fələstin xalqını Həması seçdiyinə qörə cəzalandırmaq niyyəti olmadığını bəyan edib. Xanım Levi deyib ki, İsrail fələstinlilərdən topladığı 11 milyon dollar məbləğindəki verqiləri Fələstinə qaytaracaq. Bu vəsait İordan çayının Qərb sahilində və Qəzza zolağında dərinləşən maliyə böhranının qarşısını almaq məqsədi ilə verilir.

XS
SM
MD
LG