Accessibility links

Tehran universitetinin tələbələri etiraz aksiyası keçirib


Tehran universitetinin tələbələti hökumətin universitetin işlərinə müdaxiləsinə etiraz olaraq nümayiş keçiriblər. Mediyada verilmiş məlumatlara əsasən, nümayişlər bəzi tələblərin polisə daş atması ilə zorakı şəkil almışdır. Tehran şəhərinin baş polisi general Morteza Talaiye İranın dövlətə məxsus İRNA agetnliyinə bildirib ki, 40-a yaxın polis yaralanıb.
O, zorakılıqlara görə 20-30 adamı qınayıb və deyib ki, onların bəzisi belə görünür, tələbə olmayıb. Tələblərin nümayəndəsi Royter agentliyinə deyib ki, iki minə yaxın tələbə bəzi tələbələrin universitetdən xaric edilməsi və rəsmilərin hökuməti tənqid edən bəzi professorlarla rəftarına etiraz olaraq toplaşmışdı. Tehranın baş polisi İRNA agentliyinə həbslərin olmadığnı deyib.
XS
SM
MD
LG