Accessibility links

ABŞ konqresmeni rüşvətxorluqda ittiham edilir


Federal Təhqiqiat Bürosunun Kapitoli binasında konqresmenin kabinetində axtarış aparması Amerika tarixində misli görünməmiş bir hadisəsdir. Belə ki, indi qanunveriilər Buş administrasiyasını qanunvericilik və icra hökumətləri arasındakı fərqə riayət edilməsi qanunlarını pozduğunda günahlandırır. May ayının 20-də federal agentlər rüşvətxorluqda ittiham edilən Luizina ştatından demokrat konqresmen Uilyam Ceffersonun ofisində axtarış aparmışdı. Qeyd edək ki, konqresmenin tele-kommunikasiya müqavilələri əldə etməyə çalışan üç Afrika ölkəsindən rüşvət aldığı bildirilir. Konqresmen isə bütün bu ittihamları rədd edərək, axtarışın qanuni olduğunu sual altına alıb. Amerika Birləşmiş Ştatlarının konstitusiyasına əsasən Konqres üzvlərinin vətənə xəyanət, asayişə hədə və ya cinayətkarlıq istisna edilməklə, həbsləri qadağan edilir. Konqresmen Cefferson məhz cinayətkarlıq, başqa sözlə rüşvət almaqda günahlandırılır. Federal Təhqiqat Bürosunun videoya çəkdiyi kadrlar onun 100 000 dollar nağd pul aldığını göstərir. Axtarış zamanı həmin pulun 90 mini soyuducuda aşkar edilmişdi. ABŞ prezidenti Coc Buş konqresmen Ceffersonun ofisindən götürülən sənədlərin səlahiyyətlərin bölüşdürülməsi ilə bağlı mübahisələr həll edilənədək 45 gün müddətinə möhürlənməsinə göstəriş verib.
XS
SM
MD
LG