Amerikanın Dəniz Donanması qüvvəsi əsgərlərinin İraqda mülki vətəndaşları qətlə yetirməsinə dair ittihamlar Əbu Greyb məhbəsi ətrafında yaranmış skandaldan daha güclü ola bilər. Bunu demokrat nümayəndə Con Mörfi deyib. Con Mörfi bildirib ki, hadisəni ört-basdır etmək kimə sə lazım imiş. Hərbi qüvvələri Hadita regionunda İraq və Amerika əsgərlərinin pusquya salındığını və nəticədə bir əsgərin həlak oldğunu bildirmişdi. Hadisədən bir gün sonra verilən bəyantda yaraqlıların kiçik silahlarla patrula qarşı hücuma keçdiyi, atışma zamanı 15 mülki vətəndaş və 8 yaraqlının öldürüldüyünü bildirilmişdi. Lakin sakinlər iddia edirlər ki, əsgərlər iki evə girərək, 3 yaşlı qız uşağı və 76 yaşlı bir kişi də daxil edilməklə, 15 adamı öldürmüşlər. Dəniz piyadaları əsgərlərinə qarşı bu ittihamları İraqın Hammurabi insan hüquqları qrupu video çəkilən faktlarla sübut etməyə çalışır. Keçmiş hərbiçi və Buş administrasiyasının tənqidçilərin olan Con Mörfi bildirib ki, onun əldə etdiyi məlumatlara görə, ABŞ qüvvələrinə qarşı həmin gün heç bir hücum edilməmişdi. İstintaqın iyun ayının sonundan əvvəl başa çatdırılacağı gözlənilmir.