Accessibility links

Prezident Buş ABŞ-ın maliyyə naziri vəsifəsinə namizədin adını açıqladı


Prezident Buş "Gildman Sachs" şirkətinin icraedici direktoru Henri Paulsonu ABŞ-ın yeni Maliyyə naziri vəzifəsinə namizəd göstərib. Paulson investisiya bankirliyi sahəsində böyük təcrübəyə malikdir. Bəzi təhlilçilər onun namizədliyinin maliyyə bazarlarına təsir göstərəcəyini bildirirlər. Prezident Buş deyib ki, Henri Paulson vergilərin endirilməsi və inkişaf siyasətinin həyata keçirilməsində ABŞ Konqresi ilə yaxından işləyəcək və ticarət məsələlərində ABŞ-ın əsas vasitəçisi olacaq. Henri Paulson Maliyyə naziri vəzifəsində üç ildən artıqdır bu vəfizəni icra edən Con Snounu əvəz edəcək. Prezident Buş maliyyə naziri kimi güclü rəhbərliyinə görə cənab Sonuya təşəkkürünü bildirmişdir. Maliyyə naziri vəzifəsindən öncə cənab Paulson iqtisadiyyat sahəsində doktorluq dərəcəsi almış və ABŞ-ın əsas dəmir yolu şirkətinin direktor müavini olmuşdur.
XS
SM
MD
LG