Accessibility links

Vaşinqton rəsmisi nüvə proqramı ilə əlaqədar Şimali Koreyaya dəvət olunub


Şimali Koreya ABŞ-ın ölkənin nüvə proqramı ilə bağlı altıtərəfli danışıqlarda vasitəçisini rəsmi Vaşinqtonu şərtlərlə tanış etmək məqsədilə Pxenayana dəvət edib. Xarici işlər nazirliyinin sözçüsü bildirib ki, bu, Vaşinqtonun keçən ilin sentyabr ayında altıtərəfli danışıqlar zamanı əldə olunmuş razılıqlara əməl etməsilə bağlı öhdəliklərə dair şərti dəvətdir.

Dövlət Departamentinin rəsmisi bidirib ki, məsələ sentyabrda əldə olunmuş razlıqla əlaqədar deyil, Şimali Koreyanın danıqşlara qatılmağa hazırlığı ilə əlaqədardır. Rəsmi bildirib ki, ABŞ sentyabr razılığını tam dəstəkləyir və danışıqların davam etdiriləcəyinə inanır.

XS
SM
MD
LG