Accessibility links

Qırğızıstan prezidenti ABŞ-la danışıqların vaxtını uzadıb


Qırğızıstan prezidenti Kurmanbek Bakiyev ABŞ-ın ölkədəki hərbi hava bazasının ödənişi ilə bağlı iyunun 1-nə olan son möhləti uzadıb. Cənab Bakiyev xəbərdarlıq edib ki, razılıq əldə edilmədiyi təqdirdə Birləşmiş Ştatların hərbi qüvvələrinin bazada yerləşdirilməsinə razılıq verilməyəcək. Lakin cənab Bakiyevin aparatının bu gün açıqladığı bəyənatında danışıqların iyunun 1-i son möhlətdən sonra və yaxın gələcəkdə davam etdirələcəyi deyilir. Prezident Bakiyev ABŞ-dan bazadan istifadəyə görə qiyməti qaldıraraq, ildə 200 milyon dollardan çox məbləğin ödənilməsini istəyir. Birləşmiş Ştatlar rəsmiləri pulu ödəməyə razı olduqlarını bildirmiş, lakin rəqəmi göstərməmişlər.
XS
SM
MD
LG