Accessibility links

ABŞ Dövlət Departamenti insan alverinə dair illik hasabatını açıqlayıb


Hesabatda hər il əsasən uşaq və qadın olmaqla 800 000 insanın məcburən alçaldıcı və əzablı həyata sürükləndiyi bildirir. Kiçik yaşlı oğlan uşaqları ağır əməyə məcbur edilir, qız uşaqları yaşlılar tərəfindən seksual təcavüzə məruz qalır. Bunların çoxu kasıb ailələrdəndir. Bəzi uşaqlar kasıb ailələrdən nəğd pula alınır, bəziləri isə oğurlanır. Bəxti gətirənlər xilas olub, yenidən həyata qayıda bilir. Lakin onlar həyatının uşaqlıq dövrünü əzab içində keçirdikdən və artıq cəmiyyətdən kənar düşdükdən sonra.

Dünən Birləşmiş Ştatlat dövlət katibi Kondoliza Rays müxbirlərlə görüşü zamanı insan alverini kimlərinsə varlanmaq naminə kasıb və zəif zümrələri istismar etdiyini cinayət adlandırıb.

Hesabatda ölkələr problemin ciddiliyilinə görə kateqoriyalara bölünüb. Azərbaycan hesabatda 2-ci kateqoriyaya daxil edilib. Bu o deməkdir ki, hakimiyyət problemin həlli üçün səy göstərir, lakin kifayət qədər deyil. Azərbaycan sosial-istismar və məcburi əmək məqsədilə insan alveri qurbanları üçün tranzit ölkə sayılır. Azərbaycandan insanlar əsasən Türkiyəyə, Fars körfəzi ölkələrinə aparılır.

Başqa ölkələr arasında Rusiya, Almaniya və Yunanıstan da var. Həmçinin ölkə daxilində insan alverinə dair, o cümlədən, kişilərin məcburi əmək məqsədi ilə Türkiyə və Rusiyaya aparılması barədə məlumatlar da var. Azərbaycan hökuməti insan alverinin minimal ləğvi standartlarına tam əməl etmir, lakin xeyli səy göstərir.

2005-ci ildə insan alveri ilə mübarizəyə dair qanun qəbul edilib. Hakimiyyət Traffikinq qurbanlarının reabilitasiyasının yaxşılaşdırılması üçün təcili tədbirlər görməlidir. Hesabat dövründə hakimiyyət insan alverilə bağlı 160 cinayət işi qaldırılıb və 153 iş məhkəməyə verilib. Onun 99-u barədə hökm çıxarılıb. Hesabat dövrünün sonunda 37 nəfər insan alverçisi həbsxanaya salınıb.

XS
SM
MD
LG