Accessibility links

Şanxay Əməkdaşlıq Təşkilatının çinli rəhbəri İranı sammitə dəvət etmək qərarını müdafiə edir


Şanxay Əməkdaşlıq Tışkilatının çinli rəhbəri Tzanq Deduang cari ayın sonunda keçiriləcək sammitə İranın dəvət edilməsi qərarını müdafiə edib. Qeyd edək ki, ABş müdafiə naziri Donald Ramsfeld tərəfindən bu qərar tənqid edilmişdir. Müdafiə naziri demişdir ki, terrorizm əleyhinə olan bir təşkilatın dünyanın terrorizmi dəstəkləyən aparıcı bir dövlətini sammitə dəvət etməsi maraqlı bir haldır.

Şanxay Əməkdaşlıq təşkilatının sədri bu gün müxbirlərlə söhbəti zamanı deyib ki, əgər təşkilat hər hansısa bir dövləti terrorzmin himayədarı hesab edirsə, onu sammitə dəvət edə bilməzdi. 2001-ci ildə təsisi edilən Şanxay Əməkdaşlıq Təşkilatına Çin, Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan üzvdür.

XS
SM
MD
LG