Accessibility links

ABŞ iqtisadiyyatının artım tempinin azalacağı proqnozlaşdırılır


Böyük Amerika şirkətlərinin liderləri növbəti bir neçə ay ərzində iqtisadiyyatın artmaqda davam edəcəyini, lakin artım tempinin aşağı düşəcəyini proqnozlaşdırır.
Bu proqnozlar ABŞ-ın 160 ən iri şirkətinin rəhbər şəxslərini özündə birləşdirən Biznes Raundteybl assosiasiyasının apardığı araşdırmanın nəticəsidir. 10 milyon adamın çalışdığı bu şirkətlərin ümumi gəliri 4.5 trilyon dollara çatır.
Araşdırma zamanı şirkətlərin növbəti dövr üçün nəzərdə tutduğu satış həcmi, yeni avadanlığa sərf olunacaq vəsait və işəgötürmə planları barədə sullar qoyulub.
Qrupun sədri, əczaçılıq şirkətinin nümayəndəsi Henk Makkinnelin fikrincə, araşdırma biznes menecerlərin ABŞ iqtisadiyyatının bazardakı bütün təlatümlərə sinə gərəcəyi qənaətində olduğunu göstərib.

XS
SM
MD
LG