Accessibility links

Almaniya kansleri İrana təklif edilən iqtisadi yardım paketini əlverişli adlandırıb


Bu gün Almaniyanın kansleri Anqela Merkel deyib ki, İran beynəlxalq icitmaiyyətin təklifləri müzakirə olunduğu zaman uranın zənginləşdirilməsi proqramını dayandırmalıdır. Xanım Merkel Almaniya və BMT-nin Təhlükəsizlik Şurasının beş daimi üzvü tərəfindən irəli sürülmüş iqtisadi yardım paketini əlverişli adlandırıb.

Kansler Merkel məsələni bu gün Avropa Birliyinin xarici işlər idarəsinin rəhbəri Xavyer Solana ilə müzakirə edib. Xavyer Solana İrana təklifləri dünən təqdim edib və deyib ki, lazım gələrsə, daha artıq danışıqlar keçirmək məqsədilə Tehrana qayıtmağa hazırdır.

Prezident Buş İranın iqtisadi yardım paketinə son cavabını alqışlayaraq deyib ki, məsələ ilə bağlı ölkənin mövqeyi belə görünür, müsbətdir. İranın danışıqlarda əsas vasitəçisi Əli Laricani təkliflərin müsbət amillərlə yanaşı, bəzi qeyri-müəyyən cəhətlərə malik olduğunu deyib.

XS
SM
MD
LG