Accessibility links

Əl Qaida lideri Fələstində referenduma qarşı çıxıb


Əl Qaidə terror şəbəkəsinin iki nömrəli lideri müsəlmanları Fələstin prezidenti Mahmud Abbasın təklif etdiyi referenduma qarşı çıxmağa çağırıb. Əyman əl Zəvahiri ərəb televiziya şəbəkəsi Əl Cəzirə tərəfindən bu gün yayımlanan video-bəyanatında Fələstinin İslam evi olduğu və heç bir kompromisin mümkün olmadığını deyib. Cənab Abbasın təklif etdiyi referendum İsraili tanıyan Fələstin dövlətçiliyi planı ilə bağlıdır.

Fələstin rəsmiləri referendumun İyul ayının sonuna kimi, Fələstindəki Həmas hökumətini dvlətçilik planına razı salana qədər keçiriləcəyini deyirlər. Bu ilin əvvəlində Fələstində hakimiyyətə gələn Həmas planın əleyhinə çıxış edir. Zəvahirinin bəyanatı, çox güman ki, o, Əbu Müsab əl Zərqavinin ölümündən xəbər tutmazdan öncə lentə alınıb. Bildiyiniz kimi, Zərqavi dünən ABŞ qoşunlarının hava hücumu zamanı həlak olub. Bəyanatda Zəvahiri Zərqavini tərifləyib, lakin onun ölümü barədə bir söz deməyib.

XS
SM
MD
LG