Accessibility links

Liderinin qətlindən sonra Əl Qaidanın İraqdakı qrupu yeni hücumlarla hədələyir


İraqdakı Əl Qaida terror qrupu rəhbəri Əbu Musəb Əl-Zərqavinin qətlində cavab olaraq böyük miqyaslı hücumlar həyata keçirəcəkləri barədə bəyanat veriblər. İnternetdə dərc olunmuş bu bəyanatda bildirlir ki, qrupun həyata keçirəcəyi hücumlar düşməni zələzələ zamanı olduğu kimi sirkələyəcək və yuxudan oyadacaq.

ABŞ hərbçilərinin İraqdakı komandiri general Corc Kasey Amerikanın Foks televiziyasına verdiyi müsahibəsində deyib ki, ABŞ hərbi qüvvələri bu hücumlara hazırdırlar. Bundan əlavə o deyib ki, rəhbərinin ölümündən sonra Əl-Qaidanın İraqdakı şəbəkəsi çətinliklərlə üzləşir.

XS
SM
MD
LG