Accessibility links

Quantanamonun bağlanması çağırışları artır


BMT-nin İnsan Hüquqları Agentliyinin sözçüsü Hose Diaz bildirib ki, Guantanamo məhbəsindəki intihar halları təəccüb doğurmur. Onun dediyinə görə, həbsxananın bağlanması məsələsi diqqət mərkəzində olmalıdır. Beynəlxlaq Qırmızı Xaç cəmiyyəti cari həftənin sonu vəziyyətin araşdırılması məqsədi ilə Guantanamoya heyət göndərməlidir. Xatırladaq ki, həbsxananın bağlanması çağırışları ötən şənbə günü iki səudiyyəli və bir yəmənli məhbusun özlərini asmaları ilə daha da artmışdır. Məhbusların vəkiiləri Amerikadan onların cəsədləri üzərində tibbi ekspertiza aparılmasını tələb edirlər.
XS
SM
MD
LG