Accessibility links

ABŞ-da sələm faizləri artmaqdadır


ABŞ Mərkəzi Bankının cari ayın sonunadək sələm faizlərini artıracağını elan etməsi, ABŞ iqtisadiyyatında inflyasiyanın daha bir göstəricidir. Bu gün yayımlanan məlumatda bildirilir ki, Əmək Nazirliyi istehlakçı xərclərinin icarə və neft qiymətlərinin qalxması ilə 0.4 faiz artdığını elan edib. Ərzaq və enerji məsrəflərindən əlavə ümumi xərclərin artdığı bildirilir. Mərkəzi Bankın rəsmiləri sələm faizlərini artırmaqla inflasiyanı nəzarətdə saxlamağa çalışır. Faizlərin rəsmən artımı iyun ayının 29-da elan ediləcək.
XS
SM
MD
LG