Accessibility links

İran nüvə məsələsi ilə əlaqədar danışıqlar məsələsində irəliləyiş olduğunu deyir


İranın xarici işlər naziri Mənuçehr Müttəki bildirib ki, uranın zənginləşdirilməsi proqramını dayandırmaq məqsədilə İrana edilmiş həvəsləndirici təkliflər və nüvə proqramı ətrafında danışqlar məsələsində irəliləyiş var. İspaniyadakı danışqlardan sonra açıqlama vermiş cənab Müttəki bəyan edib ki, İran təklifləri nəzərdən keçirir və ən tez bir zamanda cavabını verəcək.

Bu gün habelə Avropa Birliyinin Xarici Siyasət İdarəsinin başçısı Xavyer Solana İranın nüvə proqramında danışıqlarda vasitəçisi Əl Laricani ilə telefon söhbəti etdiyini bildirib. Xavyer Solana keçən həftə İrana təkliflər çatdırıldıqdan sonra ilk telefon söhbətini konstruktiv adlandırıb.

Bu inkişaflar Beynəlxalq Atom Enerjisi Agentliyi idarə heyətininin Vyanada İranın nüvə proqramı ilə bağlı vəziyyəti müzakirə etmək üçün iclas keçirdiyi vaxta təsadüf edir.

XS
SM
MD
LG