Accessibility links

Avropa Birliyi Fələstinlilərə yardım planını təsdiqləyib


Avropa Birlyinin liderləri Həmasın başçılıq etdiyi hökuməti ötməklə fələstinlilərə yardım planına razılıq verib.Qurumun mətbuat katibi Emma Udvin bildiri ki, ehtiyacı olan fələstinlilərə səhiyyə və kommunikasiya xidmətlərinə görə 126 milyon dollar məbləğində vəsaitin ayrılmasını planlaşdırır. Mətbuat katibi bildirib ki, Avropa Birliyinin liderləri Yaxın Şərq sülh prosesi üzrə dördlükdə partnyorları ilə fələstinlilərə yardım mexanizmi haqda razılığın əldə olunmasına yaxındır. Qərb donorları mart ayında Həmas Fələstinlilərin hökumətinə nəzarəti ələ aldıqdan sonra maliyyə yardımını dayandırmışdı. Avropa Birliyi və ABŞ Həması terror təşkilatı kimi tanıyır.
XS
SM
MD
LG