Accessibility links

Yaponiya qadağanı ləğv etdi


Yaponiya ABŞ-dan idxal edilən mal ətinə qoyulan yasağı ləğv edib. Müttəfiq olmalarına baxmayaraq, ölkələr arasında mübahisə uzun müddət davam etmişdir. Razılıq Amerikanın ranço sahibkarlarına ən gəlirli ixrac bazarına yenidən qapı açır. Razılıq Yaponiya və Amerikanın Kənd Təsərrüfatı Nazirliklərinin nümayəndələri arasında təşkil edilən tele-konfransda əldə edilib. Yaponiyanın Səhiyyə və Kənd Təsərrüfatı Nazirlikləri əvvəlcə ət istehsalı edilən 35 kombinatda yoxlanış aparıb, ət ixracının standartlar və şərtlərə cavab verib-vermədiyini aradıracaq. Yaponiya Amerikdan ət idxalına dəli dana xəstəliyi riski səbəbi ilə qadağa qoymuşdu.
XS
SM
MD
LG