Accessibility links

ABŞ rəsmiləri məxfi yoxlanış proqramını müdafiə edir


ABŞ-ın maliyyə naziri Con Snou hökumətin özəl bank hesablarının yoxlanışını müdafiə edərək, proqramın terrorçuların izinə düşülməsi üçün labüd olduğunu deyib. Con Snou bu gün nazirliyin bankçılıqla bağlı beynəxlaq məlumat bazalarına gizli şəkildə yol tapmasını terrorçuların maliyyələşdirilməsinə mane olunması ilə izah edib. Mərkəzi Kəşfiyyat Agentliyi və Maliyyə Nazirliyinin iştirakı ilə həyata keçirilən proqram 2001-ci il sentyabrın 11- i terror aksiyalarından az sonra başladılıb. Buş administrasiyası gizli proqramı ABŞ-ın 3 mətbuat orqanında çıxan məqalələrdn sonra təsdiq etməli olmuşdu.

XS
SM
MD
LG