Accessibility links

İraqda zorakılıqlar davam edir


İraqın baş nazirinin milli barışıq planını açıqlamağa hazırladığı bir vaxt ölkədə zorakılqra davam etməkdədir. İraq polisinin bildirdiyinə görə, bu gün şimal Kərkük şəhərində yol kənarına yerləşdirilən bomba partlayışı bir kəşfiyyat işçisi və onun iki mühafizinin ölümünə səbəb olub. ABş qüvvələri bu gün Bağdadda həyata keçirilən bomba partlayışı səbəbi ilə bir Amerika əsgərinin həlak olduğunu bildirib. Tıkritda isə ABŞ qüvvələri tərəfindən sünnü ruhani lider və onun iki oğlunun nəzarət altına alınmasından sonra etirazlar vüsət alıb. Şeyx və onun oğulları bir neçə saat saxlandıqdan sonra azad edilmişlər. İraqın baş naziri Əl-Məlikinin 28 maddəli planının sabah açıqlanacağı gözlənilir.
XS
SM
MD
LG