Accessibility links

İranın xarici işlər naziri alman həmkarı ilə görüşüb


Almaniyanın xarici işlər naziri Frank Volter Steinmeyer bildirib ki, həvəsləndirici təkliflər paketinə dair danışıqlara başlamaq istəyirsə, İran mübahisəli nüvə proqramını dərhal dayandırmalıdır. Nazir bu gün İranın xarici işlər naziri Mənuçerh Mottaki ilə Berlin görüşü zamanı məsələni müzakirə edib. İranın xarici işlər naziri bildirib ki, Tehran danışqılara şərtsiz qoşulmaq istəyir. İran prezidenti Mahmud Əhmədenejad isə demişdi ki, İran təkliflərə avqust ayının ortalarınadək cavab vermək niyyətində deyil.
XS
SM
MD
LG