Türkiyə rəsmilərinin verdiyi xəbərə əsasən Aralıq Dənizi sahilində yerləşən Antalya şəhərində baş vermiş partlayış nəticəsində 4 adam ölmüş, 25 nəfərsə yarlanmışdır. Rəsmilər partlayışın yanacaq kanistrindən qaynaqlandığını güman edirlər. Lakin qəzanın səbəbi hələlik tam aydın deyil. Partlayış şəlalənin yerləşdiyi tanınmış Manavqat məntəqəsində baş verib.