Accessibility links

Əfqanıstandakı döyüşlərdə iki koalisiya, bir neçə Taliban əsgəri həlak olub


Əfqanıstanda ABŞ-ın başçılıq etdiyi koalisiya rəsmilərinin verdiyi məlumata əsasən cənubi Qəndəhar vilayətində baş verən döyüşlər nəticəsində 2 koalisiya əsgəri və 45 qiyamçı öldürülüb. Hərbçilərin verdiyi bəyanatda bildirilir ki, 2 əsgər Pəncavi rayonunda qiyamçı istehkamına hücum edərkən yaralanmış və sonradan aldıqları yaralar üzündən vəfat etmişlər. On mindən çox qoşun Əfqanıstanın cənubunda keçirilən hərbi əməliyyatda iştirak edirlər. Əməliyyatın məqsədi son zamanlar regionda artan qiyamçı hücumlarının qarşısını almaqdır. Təkcə ötən iki gündə 100-dən çox militant öldürülüb.
XS
SM
MD
LG