Accessibility links

Tayvanlılar prezidentin istefasını tələb edir


Minlərlə müxalifət nümayəndəsi Tayvanın küçələrinə çıxaraq, president Çen Şui Byanın istefasını tələb edir. Taypeydə güclü leysan olmasına baxmayaraq istefa tələbi ilə keçirilən mitinqə 4 mindən artıq adam toplaşmışdı. Çərşənbə axşamı Tayvan parlamenti müxalifətin təklifi ilə prezidentə etimadsızlıq referendumu keçirmək barədə sənədi qəbul edib. Müxalifətçilər prezident Çeni səriştəsizlikdə günahlandırıb və ailəsinin ətrafında yaranmış korrupsiya qalmaqallarını nəzərə alaraq, prezidentin etimada layiq olmadığını bəyan edib. Prezident isə özünün Taynan şəhərindəki evində yüzlərlə tərəfdarı ilə görüş keçirib. O, müxalifəti hakimiyyəti ələ keçirməyə cəhd göstərməkdə günahlandırıb və istefaya getməyəcəyini bildirib.
XS
SM
MD
LG