Accessibility links

Qəzza zolağında gərginlik artır


Bir israil əsgərinin girov götürülməsindən sonra İsrailin baş Naziri Ehud Olmert İsrail ordusuna Gəzza zolağındakı yaraqlılara qarşı əsaslı hücuma hazırlaşma göstərişi verib. Tel-Əviv Qəzza zolağında girov götürülən İsrail əsgəriylə əlaqədar olaraq Fələstinlilərə ultimatum verib: qaçırdılan əsgəri 48 saat ərzində azadlığa buraxmasanız İsrail ordusunun qəzəbi ilə üz üzə qalacaqsınız. Israilin baş naziri deyib ki, o “ordunun komandanlarına Qəzzada geniş miqyaslı əməliyyata hazırlaşmaq barədə göstəriş verib”. O söyləyib ki, İsrail terrorçu təşkilatlar və onların rəhbərlərinə ağır zərbə vuracaq. Baş nazirin sözlərinə görə, “ heç kim cavab hücumundan kənarda qalmayacaq” Əsgərin girov götürüldüyü hərbi bazaya edilən hücumda Həmas üzvləri də iştirak etdiyi üçün İsrail bu təşkilatın hakimiyyətdə olan liderlərini hədəfə götürməklə hədələyir. Qeyd edək ki, səkkiz yaraqlı Qəzzada hasarın altından açılmış tüneldən İsrailə daxil olaraq bir tankı partladıb və 19 yaşlı sıravini girov götürüb. Həmasın rəhbərliyindəki Fələstin hökuməti isə zorakılığı cəzalandırmadığı üçün ABŞ və Avropanın tətbiq elədiyi sanksiyalarla üzləşə bilər. Buna baxmayaraq, Həmas hücumla bağlı məsuliyyətdən imtina edərək, əsgəri qaçırdanlara ona zərər dəyməməsi barədə xəbərdarlıq edib. Həmasın nümayəndəsi Qazi Əhməd: “Biz fələstin fraksiyalarından xahiş etmişik ki, onu sağ saxlasınlar və yaxşı rəftar etsinlər”. Bildirildiyinə görə, Həmasın siyasi liderləri əsgərin tezliklə azadlığa buraxılmasına çalışırlar. Ancaq qrupun hərbi cinahının bu barədə başqa fikirləri də ola bilər. Keçmişdə yaraqlılar ələ keçirilmiş İsrail əsgərlərindən yüzlərlə fələstinli məhbusun azadlığa buraxılması üçün istifadə etmişlər.
XS
SM
MD
LG