Accessibility links

Ukrayna Radasının müxalifətçi üzvləri parlament sessiyasının keçirilməsinə mane olmağa çalışır


Ukraynanın ən böyük müxalifət partiyasını Radada təmsil edən deputatlar bü gün parlamentin iclasının keçirilməsinə mane olublar. Radada yüksək postları tutmaq istəyən Rusiyapərəst Regionlar partiyasının üzvləri prezidiuma gedən yolu kəsiblər. Martda keçən parlament seçkilərindən sonra Radada ən böyük fraksiyanı yaratmağa nail olan regionçular, bununla belə, səs çoxluğunu qazana bilməyiblər. 2004-cü ilin narıncı inqilabında ciddi rol oynamış və Viktor Yuşşenkonu prezidentliyə gətirən üç Qərbpərəst partiya ötən həftə koalisiyanı bərpa etmək qərarı veriblər. Yuşenkonun koalisiyanın namizədi Yuliya Timoşenkonu formal olaraq baş nazir postuna cümə axşamı təqdim etməsi gözlənilir. Bu, qalmaqallı siyasətçinin president tərəfindən istefaya göndərilməsindən cəmi bir il sonra kabinetə qayıdışı olacaq.
XS
SM
MD
LG