Accessibility links

Çernoqoriya BMT-nin 192-ci üzvü olur


Bir ay bundan öncə referendum keçirərək Serbiyadan müstəqilliyinə səs vermiş Çernoqoriya Respublikasının bu gün BMT-nin 192-ci üzvü olması gözlənilir. BMT Baş Assambleyası bu gün Çernoqoriyanın quruma qəbulunu rəsmiləşdirən bəyannaməni təsdiq etməlidir. Birləşmiş Millətlərin Təhlükəsizlik Şurası ötən həftə verdiyi açıqlamasında bu addımın atılmasını birmənalı şəkildə tövsiyə edib. Üzvlük hüququ tanındıqdan sonra BMT-nin Nyu-Yorkdakı qərargahının girişində Çernoqoriyanın bayrağının qaldırılması mərasimi keçiriləcək. Mərasimə BMT baş katibi və Çernoqoriyanın rəhbərliyi qatılacaq. Çernoqoriya Serbiyadan müstəqilliyini iyunun 3-də qazanaraq, keçmiş Yuqoslaviyanın 1990-cı ildə başlanmış parçalanma prosesini başa çatdırıb.
XS
SM
MD
LG