Accessibility links

ABŞ dövlət katibi Əfqanıstan liderlərinə Vaşinqtonun dəstəyini çatdırıb


Birləşmiş Ştatların Dövlət Katibi Kondoliza Rays Vaşinqtonun Əfqanıstan prezidenti Həmid Karzayini tam dəstəklədiyini təkrarlayaraq bildirib ki, sonda Taliban döyüşçüləri məğlub olacaq.
Xanım Rays Kabildə prezident Həmid Karzay ilə görüşdükdən sonra müxbirlərlə etdiyi söhbətində cənab Karzayini dünyanın ən hörmətli liderlərindən biri kimi dəyərləndirib.

Xanım Rays Əfqanıstanda zorakılıqların şiddətlənməsi, narkotik qaçaqmalçılığın çoxalması və korrupsiyanın genişlənməsinin ölkəni bərbad bir vəziyyətə getirib çıxardığı barədə yaylan xəbərləri təkzib edərək bikldirib ki, beynəlxalq ictimaiyyət prezident Həmid Karzayini dəstəkləyir: ”Biz prezident Karzayınin cəsarətinə və liderliyinə böyük ehtiramla yanaşırıq. Biz həmçinin onun ölkəni vətəndaş müharbəsindən qutarmasına və demokratik seçkilərin keçirilməsinə görə, hörmət edirik.”

Xanım Rays deyib ki, Birləşmiş Ştatlar Taliban döyüşçülərinin zorakılıq hərəkətlərindən narahatdır. Lakin bu zorakılıqlar Əfqanıstanın demokratiyaya irəliləyişindən döndərə bilməyəcək. Cənab Karzayi Dövlət Katibi xanım Rays ilə Kabildə birgə keçirdiyi mətbuat konfransda ölkəsinin narkotik qaçaqmalçılıq, sabiq Taliban rejiminin qalıqlarıla problemləri olduğunu etiraf edərək deyib ki, Əfqanıstan hökuməti bu problemlərə göz yummur, və beynəlxalq ictimaiyyətin yardımı ilə Kabil bu problemlərin öhdəsindən gələcək. Xanım Rays Pakistandan Əfqanıstana gəlib. O, prezident Pərviz Müşərrəf daxil olmaqla digər rəsmilərlə Pakistanla Əfqanıstan arasındakı sərhəd məntəqələrində anti terror kampaniyasını müzakirə edib. Xatırladaq ki, Pakistan terrorçulara qarşı mübarizə aparmaq məqsədilə həmin bölgədə 80- min əsgər yerləşdirib.

XS
SM
MD
LG