Accessibility links

ABŞ Konqresindəki respublikaçılar mətbuatı ehtiyatlı olmağa çağırır


ABŞ nümayəndələr palatası bu gün Amerika mətbuatının Buşun beynəlxalq bank əməliyyatlarının izlənməsi üzrə məxfi planını açıqlamasını pisləyən bəyanatı müzakirə edəcək. Respublikaçıların irəli sürdüyü bu bəyanatda deyilir ki, qanunvericilər mətbuatdan “Amerikalıların həyatlarının xilası“ istiqamətində hökumətin səylərinə dəstək olacaqlarını və bundan sonra məxfi kəşfiyyat proqramlarını açıqlamayacaqlarını gözləyir. Nyu York Tayms da daxil olmaqla üç qəzetin ötən həftə yaydığı məqalədə deyilirdi ki, Birləmiş Ştatların Maliyyə Nazirliyi Belçikada yerləşən və 200-dən artıq ölkənin 7800 maliyyə institutu arasında əməliyyatları təmin edən SWIFT sisteminin qeydlərini alıb. Prezident Buşun fikrincə, proqram terrorçuların maliyyə əməliyyatlarına nəzarət etmək vasitəsilə onların izinə düşmək üçün bir alətdir. O, Tayms qəzetini proqramın mövcudluğu barədə məlumat yaydığı üçün kəskin tənqid atəşinə tutub. Çərşənbə günü dərc olunan redaktor məqaləsində Nyu York Tayms məqaləni dərc etməsinin səbəblərindən söz açaraq, bu proqramın Buş administrasiyasının 2001-ci il sentyabrın 11-dən bəri öz səlahiyyətlərini artırması istiqamətində atdığı addımlardan biri olduğunu oxucuların nəzərinə çatdırmağın vacibliyini vurğulayıb.
XS
SM
MD
LG