Accessibility links

Finlandiya Avropa Birliyinin Türkiyə ilə danışıqları dayandıra biləcəyini deyib


Finlandiyanın baş naziri Matti Vanhanen Türkiyənin Avropa Birliyinin tələblərinə cavab verməyəcəyi təqdirdə bu ölkə ilə danışıqların dayandırıla biləcəyini deyib. Birliyin prezidentliyini üzərinə götürən Finlandiyanın baş naziri onun ölkəsinin AB-yə rəhbərlik etdiyi dönəmdə Türkiyənin çətin suallardan biri olacağını söyləyib. Avropa Birliyi Türkiyənin oktyabrda danışıqlara davam etməsi üçün yunan Kipri ilə münasibətlərini normallaşdırmasının şərt olduğunu söylədi. Türkiyə Avropa Birliyinin üzvü olan Kipr Respublikasını tanımır. Bundan əlavə, Ankara tanınmamış Şimali Kipr Türk Cümhuriyyətinin beynəlxalq təcridinə son qoyulmayınca, öz limanlarını yunan Kiprinə məxsus gəmilər üçün bağlı qalacağını bəyan edib.
XS
SM
MD
LG