Prezident Buş tərəfindən təsis edilmiş xüsusi komissiya bildirib ki, Fidel Kastronun dünyasını dəyişməsindən sonra Birləşmiş Ştatlar bu ölkəyə bir neçə həftə ərzində yardıma hazır olmalıdır. Bu tövsiyələr Dövlət Departamentinin nəzarət etdiyi Azad Kubaya Yardım komissiyasının hazırladığı hesabatın bir hissəsini təşkil edir. Hesabatda deyilir ki, Kastronun ölümündən sonra ABŞ Havanaya yardım göstərəcək. Sənəddə iki il müddətində Kuba daxilindəki müxalifətin güclənməsi üçün 80 milyon dollarlıq demokratiya fondu yaradılması da tövsiyyə edilir. Hesabatda, buna əlavə olaraq, demokratiya proqramlarının həyata keçirilməsi üçün, diktaturanın sonuna qədər, ildə 20 milyon dollar maliyyə ayrılmasının da Kubada demokratiyanın inkişafına kömək edəcəyi qeyd olunub. Kubada 1959-cu ildən bəri hakimiyyətdə olan 80 yaşlı Fidel Kastronun isə hakimiyyəti təhvil verəcəyinə heç bir işarə yoxdur.