Accessibility links

İsveçrə hökuməti İsraili tənqid edib


İsveçrənin Xarici İşlər Nazirliyi bildirib ki, İsrailin Qəzzada hərbi qüvvələrdən isitifadə etməsi beynəxlaq qanunlara ziddir. Nazirliyin bəyanatında İsrail dövləti beynəxlaq konvensiyalara hörmət göstərməyə çağırılır. Bəyanatda həmçinin deyilir ki, İsrailin hava hücumları nəticəsində Qəzzanın elektrik stasiyası yararsız vəziyyətə düşüb. Sənəddə İsrailin Həmas rəsmilərini həbs etməsi özbaşınalıq və əsassızlıq kimi qiymətləndirilir. Bəyanatda İsrail əsgərinin dərhal azadlığa buraxılmasına çağırılsa da, İsrailin beynəxlaq hüquqlara riayət etməsinin vacibliyi vurğulanır.
XS
SM
MD
LG