Accessibility links

İraqda şiə zəvvarlar hədəfdədir


İraq polisi şiə məbədindən aralıda intiharçı bomba partlayışı nəticəsində 8 iranlı da dxil olmaqla 12 nəfərin öldüyünü, 40 nəfərin yaralandığını bildirir. Polisin gümanına görə, kamikadzenin hədəfi İrandan gələn zəvvarlar olub. İraqın cənubundakı Kufə şəhərinin Məytam əl Tamar məbədi yaxınlığında öz maşınını zəvvarların maşınlarının arasına sürən kamikadze partlayıcını işə salıb. Ekspertlərin fikrincə, İraqda Əl Qaidə Liderliyi mühərrik partlayıcıları üzrə mütəxəssis olan Əbu Əyyub əl Məsriyə keçdikdən sonra belə terror aksiyalarının sayı artacaq.
XS
SM
MD
LG