Accessibility links

NATO-nun baş katibi Əfqanıstana əlavə qüvvə göndərilməsinə cağırır


NATO-nun baş katibi Yap De Hup Şxeffer üzv ölkələri alyansın Əfqanıstandakı hərbi qüvvələrinin sayının artırılmasına çağırıb. Yunanıstanın xarici işlər naziri Dora Bakoyanni ilə Afina görüşündən sonra cənab Şxeffer deyib ki, o, Yunanıstandan Əfqanıstana əlavə qüvvə göndərməsini istəməyib. NATO-nun baş katibi üzv ölkələrin hansının imkanı varsa, çatışmazlıları doldurmağa çağırıb. Qeyd edək ki, NATO üzvləri artıq Əfqanıstandakı 9000 əsgərdən ibarət hərbi qüvvələrinin sayının 16000-ə yüksəldilməsi barədə razılıq əldə ediblər. Əlavə qüvvələr əsasən ölkənin cənub bölgəsi olmaqla, Əfqanıstana cari ayının sonundək göndərilməlidir. NATO-nun sülhməramlı qüvvələri paytaxt Kabil, habelə Əfqanıstanın qərb və şimal regionlarında xidmət göstərir.
XS
SM
MD
LG